Vüsal Qasımlı İbn Haldun Universitetinin nümayəndələri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlı İbn Haldun Universitetinin prorektoru Özcan Erkan Akgün, Universitetin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı və koordinatoru Hudayi Bekiri qəbul edib.
Görüşdə Türk dövlətləri arasında qurulmuş strateji əməkdaşlıq çərçivəsində iqtisadi və elmi-tədqiqat sahələrində əlaqələrin daha da dərinləşdirilməsi imkanları müzakirə olunub. Vüsal Qasımlı Azərbaycan və Türkiyə daxil olmaqla Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə ortaq təşəbbüslərin önəmini vurğulayıb. O, Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri, fiskal və struktur islahatlar, həmçinin sosial-iqtisadi inkişaf strategiyaları barədə ətraflı məlumat verib.
“Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun yenidən qurulması və yaşıl enerji zonalarının yaradılması istiqamətində görülən işlər qonaqların diqqətinə çatdırılıb. Görüşdə həmçinin dövlət proqramlarının icrasının monitorinqi və qiymətləndirilməsi üçün istifadəyə verilən rəqəmsal platformalar nümayiş etdirilib.
Qonaqlar Azərbaycan-Türkiyə əlaqələrinin digər Türk dövlətləri ilə birlikdə daha geniş formatda inkişafı üçün elmi tədqiqatların və institutlararası əməkdaşlığın vacibliyini qeyd ediblər. Özcan Erkan Akgün Türk dünyasının ortaq dəyərləri ətrafında akademik əlaqələrin genişləndirilməsi istiqamətində birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb. Yaşar Sarı və Hudayi Bekir isə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin bu sahədə aparıcı bir platforma kimi əməkdaşlıqda maraqlı olduğunu bildiriblər.
Görüşün sonunda qonaqlara “Türk Dövlətləri İqtisadiyyatı” kitabı və “Türk İqtisadi İcmalı” təqdim edilib və gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.





Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti