İİTKM-in şöbə müdiri beynəlxalq CCInO sertifikatına layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Cetified Chief Innovation Officer (CCInO)” sertifikatına layiq görülüb. O, bu sertifikatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Code Academy"nin həyata keçirdiyi "İnnovasiya ekosistemi oyunçularının fərdi və şirkət halında sertifikatlaşdırılması" layihəsi əsasında qazanıb.
“Certified Chief Innovation Officer (CCInO)” — təşkilatlarda innovasiya proseslərini idarə etmək, yaradıcı mədəniyyəti inkişaf etdirmək və rəqabət üstünlüyü yaratmaq üçün hazırlanmış bir sertifikatlaşdırma proqramıdır. Bu titul bir şəxsin strateji innovasiya lideri kimi fəaliyyət göstərmək üçün lazımi bilik və bacarıqlara sahib olduğunu göstərir.
Certified Chief Innovation Officer (CCInO) sertifikatı “Global Innovation Institute (GInI)” tərəfindən təqdim olunur. GInI innovasiya sahəsində peşəkar sertifikatlaşdırma, akkreditasiya və üzvlük xidmətləri göstərən aparıcı beynəlxalq təşkilatlardan biridir. CCInO sertifikatı təşkilatlarda innovasiya strategiyalarını inkişaf etdirmək və idarə etmək üzrə yüksək səviyyəli bilik və bacarıqlara malik olan liderlərə imtahan nəticəsində verilir.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025