İİTKM-də Məşğulluq Strategiyasının icrası ilə bağlı 2024-cü il üzrə monitorinqin nəticələri müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı”nın icrasının 2024-cü il üzrə monitorinq nəticələri müzakirə edilib.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı məşğulluğun təminatının dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində önəmli rolunu vurğulayıb. O, son illərdə Məşğulluq Strategiyasının prioritetlərinə uyğun olaraq əmək bazarı və məşğulluq sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. İİTKM-nin icraçı direktoru Strategiya çərçivəsində müəyyən edilmiş əsas hədəf göstəricilərin ölkədə əmək məhsuldarlığının yüksəldilməsinə, həmçinin müasir və rəqabətqabiliyyətli əmək bazarının yaradılmasına xidmət etdiyini vurğulayıb. O, müasir texnoloji transformasiyalar, demoqrafik dəyişikliklər və süni intellekt kimi innovativ amillərin əmək bazarının strukturuna təsirini xüsusi qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Məşğulluq Strategiyasına uyğun olaraq aktiv məşğulluq proqramlarının icrası və genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin elektronlaşdırılması sahəsində son illər geniş proqramın icra olunduğunu, əmək və məşğulluq sahəsində də rəqəmsal xidmətlərin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün önəmini qeyd edib. Nazir müavini Strategiya çərçivəsində sosial rifahın artırılması və məşğulluq imkanlarının genişləndirilməsi, həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkədə əmək bazarının dayanıqlılığını və inklüzivliyini təmin etmək məqsədi daşıdığını bildirib.
Daha sonra İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələr, müzakirəsi vacib məsələlər diqqətə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri təqdimatdan sonra müzakirə olunan məsələlərlə bağlı icrası davam edən və görüləcək tədbirlər barədə məlumat veriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsinə dair 30 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən, Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu