"Enterprise Azerbaijan" Qarabağ Universitetində “Startup School 3” layihəsini təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının “Startup School 3” layihəsi çərçivəsində Qarabağ Universitetində təlim və infosessiya təşkil olunub.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Qarabağın gənc sahibkarları” layihəsi çərçivəsində Universitetin 100-ə yaxın tələbəsinə “Sahibkarlıqda qlobal bazar tendensiyaları və startap layihələrinin inkişafı” mövzusunda təlim keçib.
Təlimdə qlobal innovasiya ekosistemi, startapların formalaşmasında problemin qoyuluşu və həll yolunun tapılması metodologiyaları barədə geniş izah verilib. Tələbələr həmçinin “Startup School 3” layihəsinin “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında ətraflı məlumat əldə ediblər.
Təlimin sonunda bəzi startap layihələri dinlənilib və startap ideyalarının potensial güclü-zəif tərəfləri müzakirə edilib. Formalaşmış startap layihələrinin inkişaf etdirilməsi məqsədilə hazırda qeydiyyat prosesi davam edən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına müraciət imkanları haqqında məlumat verilib və suallar cavablandırılıb.
Qeyd edək ki, akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.
Qeydiyyat üçün link: https://forms.gle/YwzgE1aXizJ6Km2e9








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib