İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Çin nümayəndələri ilə görüş
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Çinin Beynəlxalq Araşdırmalar İnstitutunun (ÇBAİ) nümayəndə heyətini qəbul edib. ÇBAİ-nin direktor müavini Li Ziguo, qurumun Gürcüstan və Qırğızıstan ölkələri üzrə siyasi mütəxəssisi Deng Hao və iqtisadiyyat üzrə doktor Bai Lianley ilə aparılan müzakilərdə “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədindən danışılıb. Bundan başqa, Azərbaycanda aparılan islahatlar, iqtisadiyyatın mövcud durumu və inkişaf perspektivləri də müzakirələrdə diqqət mərkəzində olub. Xarici qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat- logistika mərkəzinə çevrilir. Bu istiqamətdə Çin və Azərbaycanın əməkdaşlığı vacibdir. Müzakirələrin sonunda ikitərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib