İslahat İcmalı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə həsr olunub. İcmalda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əsas funksionallıqları, ixracın həcmi, coğrafiyası, strukturu, habelə həyata keçirilən maarifləndirmə və məlumatlandırma tədbirləri haqqında məlumatlar təqdim edilib.
Bildirilib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2017 –ci ilin iyun ayından 2019 –cu ilin dekabr ayına qədər fiziki və hüquqi şəxslər tərəfindən 10.000 dəfə real müraciət daxil olub. Mərkəz tərəfindən ümumilikdə 4037 ədəd sertifikat (2061 ədəd mənşə, 1679 ədəd fitosanitar, 127 ədəd baytarlıq, 20 ədəd qida təhlükəsizliyi, 123 ədəd Beynəlxalq CİTES, 12 ədəd dini təyinatlı ədəbiyyata razılıq sənədi, 15 ədəd mədəni sərvətin mühafizəsi şəhadətnaməsi) verilib.
2017 –ci ilin iyun ayından 2019 –cu ilin dekabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 290,5 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirilib.
İslahat icmalında qeyd olunub ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həm dövlət, həm də özəl qurumlar tərəfindən müxtəlif adda məhsullar xarici ölkələrə ixrac olunub. Bu məhsullara tikinti-sənaye, kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, ayaqqabı altlıqları, qiymətli külçələr, qlükoza və nişasta məhsulları, diş məcunu, nəmləndirici krem, şərab, samovar, dini təyinatlı ədəbiyyat, o cümlədən nadir heyvan növlərindən sayılan Dağıstan turu, timsah dərisindən hazırlanan saat, çanta, nərəcinsli balıqların əti və kürüsü aiddir.
İcmalda qeyd olunub ki, Mərkəzlə əməkdaşlıq edən şirkətlər arasında “AzərGold”, “Baku Steel Company”, “T.Əhmədov adına AZNAR”, “ATENA”, “Azərtütün”, “Food Export Şəmkir”, məhsullar arasında isə polad armatur yayması, polad boru, meyvə şirələri, nar, pendir ixracı üstünlük təşkil edib. Sertifikat verilən məhsullar əsasən İsveçrə, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, İraq, İsrail, Bolqarıstan, Qazaxıstan, Çexiya, Polşa, Sinqapur, İspaniya, Meksika, Macarıstan, Finlandiya, Kanada, ABŞ, Belarusiya, Vyetnam, Niderlanda ixrac edilib. İxrac olunan ölkələr arasında İsveçrə (71, 3 milyon ABŞ dolları), Rusiya (46, 8 milyon ABŞ dolları), Gürcüstan (36, 6 milyon ABŞ dolları), Türkiyə (16.9 milyon ABŞ dolları), Ukrayna (1 milyon ABŞ dolları) öz ixracı ilə digər ölkələrdən fərqlənib.
“İslahat icmalı”nda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin AQTA , UNEC, “Kapital Bank”, “My Broker”, “PAŞA Bank” və digər qurum və şirkətlər ilə birgə sahibkar və ixracatçılar üçün həyata keçirdiyi seminar və təlimlər haqqında məlumatlar verilib.
“İslahat icmalı” ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/store//media/2019/Dekabr/other/Bir%20pencere_Islahat%20Icmali.pdf








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib