
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Gəlir-xərc analizi” mövzusunda təlimlər
İqtisadi İsalahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) eksperti Dr. Krassen Stançevin iştirakı ilə “Gəlir-xərc analizi” mövzusunda treyninq keçirilib. Treninqdə iri dövlət və özəl layihələrin hazırlanması və əsaslandırılması prosesində lazım olan analiz metodları təqdim edilib. Spesifik olaraq, gəlir-xərc analizinin əhatə elədiyi məsələlər, dövlət və özəl müəssisələrin gəlir-xərc analizində yaranan fərqlər barədə məlumat verilib, bir sıra maraqlı nümunələr göstərilib. Bundan əlavə ekspert detallı gəlir-xərc analizi aparmaq üçün lazım olan elmi ədəbiyyat haqqında məlumat verib, onları əldə etmək metodları haqqında öz təcrübəsini bölüşüb.
İİTKM-in Konsaltinq və Treninq Koordinatoru Kamil Ələsgərov bildirib ki, bu treninqin keçirilməsi Mərkəz üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, İİTKM mandatından irəli gələrək bir sıra dövlət proqramları ürzə müxtəlif gəlir-xərc analizlərini aparmalı, effektiv layihə idarəetməsinin formalaşması üçün bu yanaşmaları həm dövlət, həm də özəl sektorda təşviq etməlidir. Bu treninq “Gəlir-xərc analizi və effektiv idarəetmə” sırasından olan ilk treninqdir və mövzunun davamlı olması, sonrakı mərhələlərdə daha detallı və uzunmüddətli treninqlərin keçirilməsi planlaşdırılır.
Sonda ekspert həm dövlət, həm də özəl strukturları təmsil edən iştirakçıların maraqlı suallarını cavablandırıb.




Ekspert yazıları
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”