Çin və Azərbaycan iqtisadi modelləri müzakirə olunub
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar keçirilib. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə çıxış edib. V.Qasımlı qeyd edib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək yolunun rəqəmsallaşmasına töhfə verir. Azexport portalının rəhbəri Zaur Qardaşov isə Azexport və Alibaba arasında olan əməkdaşlıq barədə danışaraq qeyd edib ki, bu günlərdə Azexport Alibabanın "uğur hekayəti" kimi qəbul edilib.
Çinin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Canxun isə bildirib ki, onun ölkəsində qlobal çağırışlara uyğun olaraq iqtisadi siyasət yürüdülür. Pei Canxunun sözlərinə görə, iki ölkənin alimləri arasında əməkdaşlıq hər iki modelin dərindən öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.
Seminarda Böyük İpək yolu boyunca Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə olunub. Xüsusilə, qeyd edilib ki, neft-qaz, İKT, aqrar, turizm və digər sahələrdə geniş əməkdaşlıq imkanları var.
Çin İctimai Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib