
Azexport portalı ABŞ-də təşkil olunan beynəlxalq sərgidə təmsil olunur
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov ABŞ-ın Vaşinqton Ştatının Vinətçi (Wenatchee) şəhərində keçirilən “Şimal-Qərb Bağçılıq Sərgisi 2022” ("North West Horticulture Exposition 2022") sərgisində iştirak edib.
Sərgidə Azexport portalının fəaliyyəti və ixracqabiliyyətli yerli məhsullar barədə təqdimatlar həyata keçirilib. Əməkdaşlıq, eləcə də portalın imkanların artırılması perspektivləri müzakirə olunub. Bu səbəbdən Ayxan Qədəşov ABŞ-ın müxtəlif ştatlarından olan şirkət nümayəndələri ilə görüşlər keçirib.
Qeyd edək ki, ABŞ - Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə dekabrın 5-7-si tarixlərində həyata keçirilən sərgidə iki mindən artıq şirkətin kənd təsərrüfatı sahəsində avtomatlaşdırmanı təmin edən 300-dən artıq eksponatı və müxtəlif meyvələrin yeni əldə olunan sortları nümayiş etdirilir.




Ekspert yazıları
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”