Azexport portalı ABŞ-də təqdim olunub

Azexport portalı ABŞ-də təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov ABŞ-ın Vaşinqton Ştatının Vinətçi (Wenatchee) şəhərində keçirilən Azərbaycan Kənd Təsərrüfatı Ticarət Missiyasının ilk gününündə çıxış edib.

A. Qədəşov Azexport portalının fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra ABŞ şirkətlərinə ixracqabilliyətli Azərbaycan məhsullarına dair məlumat verilib. Qeyd edək ki, ABŞ - Azərbaycan Ticarət Missiyasının ilk günündə Amerika və Azərbaycan şirkətlərinin nümayəndələri təqdim olunub və onlar fəaliyyətləri haqqında qısa təqdimatlar edib. Tədbir ikitərəfli görüşlərlə davam edib.

Azexport portalı ABŞ-də təqdim olunub

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R