Vüsal Qasımlı: “Prezident Administrasiyasının strukturunda dəyişikliklər iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisini təmin edəcək.”
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planı biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiyanın fəaliyyətinin əsas tərkib hissəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə Tədbirlər planın mahiyyətini şərh edərək bildirib ki, bu Sərəncam ölkəmizin biznes mühitinin inkişafı və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasını təmin edəcək. “Belə ki, tədbirlər planı aparıcı beynəlxalq hesabatların metodologiyaları və indikatorları çərçivəsində nəzəri-praktiki islahat proqramını özündə ehtiva edərək, ölkənin biznes mühitinin əlverişliyinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq. Həmçinin, vurğulamaq lazımdır ki, Tədbirlər planında Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritəsində də nəzərdə tutulan prioritetlər qeyd edilib.”
Nicat Hacızadə Tədbirlər Planının həmçinin ölkənin makroiqtisadi stabilliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib: “Bildiyiniz kimi, tədbirlər planında beynəlxalq ictimaiyyətin önəm verdiyi hesabatlar da qeyd olunub. Azərbaycan Respublikası Prezidentinin mütəmadi olaraq vurğuladığı “Doing Business” və Qlobal Rəqabətlilik” hesabatları da fəaliyyət planın tərkibində yer alıb. Qlobal Rəqabətlilik hesabatı tərkibində yetərincə əsas və alt indikatorlar var ki, həmin indikatorlar üzrə mövqelərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər və tədbirlərin icraçıları müəyyən olunub. İndikatorlar arasında mahiyyət etibarı ilə makroiqtisadi göstəricilərə də yer verilib ki, bu istiqamətdə artıq Cənab Prezidentin tapşırığı ilə islahat tədbirləri aparılır. Bundan əlavə, fiziki infrastruktur, insan kapitalı, səhiyyə, texnologiya və innovasiya kimi bölümlərdə tədbirlər planında qeyd olunub ki, bütün bunlar ölkə iqtisadiyyatına dolayı töhfə verəcək sahələrdir.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib