Sosial-iqtisadi sahədə atılan addımların məqsədi uzunmüddətli hərtərəfli inkişafa töhfə verməkdir. 2018-ci ildən 2024-cü ilə qədər ölkəmizdə dörd mühüm sosial islahat paketi həyata keçirilib, bu tədbirlər ümumilikdə 4 milyon vətəndaşımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edib və bu məqsəd üçün 7 milyard manatdan artıq vəsait yönəldilib"
Bu fikirləri "Azərbaycan" qəzetinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Prezidentin yerli televiziya kanallarına müsahibəsində sosial sahədə aparılan islahatlarla bağlı fikirlərini şərh edərkən deyib. Ekspert bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasətin davamı olaraq, bu ildən etibarən beşinci sosial islahat paketinin icrasına başlanılıb. Bu yeni paket 3 milyon nəfəri əhatə edəcək və onun maliyyələşdirilməsi üçün 1,4 milyard manat vəsaitin ayrılması planlaşdırılı. “Daha təfərrüatlı ifadə etsək, təxminən 700 min nəfər əməkhaqlarının artımından, 1,1 milyon nəfər pensiya artımından, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüdlərin artımından faydalanacaqlar. Artıq sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinin bir neçə qərarı qəbul olunub. Həmçinin ölkə başçısının dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam da imzalanıb. Bu sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 15 faiz artırılıb".
Ekspert qeyd edib ki, sosial sahədə atılan addımların məqsədi ilk növbədə əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, əməkhaqqı və digər pul gəlirlərinin artması ilə uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə verməkdir.
Sosial islahatlar çərçivəsində əməkhaqqı və pensiyaların artırılmasının iqtisadiyyata təsirindən danışan E.Ələkbərov 2024-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirlərinin nominal ifadədə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artdığını, həmin dövrdə istehlak qiymətləri indeksinin 2 faiz təşkil etdiyini bildirərək əhalinin real gəlirlərinin 4 faizdən çox yüksəldiyini deyib: “Bu rəqəmlər ötən ilə aiddir və 2025-ci ildə sosial islahat paketinin icrası nəticəsində əməkhaqqı və pensiyaların 15 faiz civarında artmasını, bunun müqabilində inflyasiyanın 4-5 faiz ətrafında olacağı proqnozunu nəzərə alsaq, əhalinin real gəlirlərinin bir qədər də yüksəlməsi gözlənilir. Bu artımlar, ilk növbədə, vətəndaşların alıcılıq qabiliyyətini gücləndirəcək, daxili bazarda tələbi artıracaq, nəticədə iqtisadi aktivliyi canlandıracaq. Həmçinin yoxsulluq səviyyəsinin azalmasına və sosial təminat sisteminin möhkəmlənməsinə müsbət təsir göstərəcək”.









Çox oxunan xəbərlər
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
Azərbaycan və Mərkəzi Asiya: iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya
“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
İİTKM-də “The Coca-Cola Company” nümayəndələri ilə görüş keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya…
Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində dövlət qurumlarının nümayəndələri ilə görüşlər…
İİTKM dağ-mədən və metallurgiya sənayesi üzrə Dövlət Proqramının monitorinqi üçün yeni modul…
“İxrac icmalı”nın sentyabr sayı dərc olunub
İİTKM-də “Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib