“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin göstəriciləri təqdim edib.
İcmala əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.
Cari ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz artaraq 372,8 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-sentyabr aylarında ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə (136,8%), alüminium və ondan hazırlanan məmulatlar 41%, qara metallardan hazırlanan məmulatlar 32,2%, bitki və heyvan mənşəli piylər və yağlar 31,6%, mis və ondan hazırlanan məmulatlar 21,7%, pambıq 16,6%, qəhvə və çay 13%, meyvə 12,5%, tərəvəz 9,4%, qara metallar isə 8,5% artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 16,5% artaraq 776,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 28,6% artaraq 299,7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6% artaraq 1,08 milyard ABŞ dollarına bərabər olub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib