TDAM və “Azexport” TDT-yə “TurkicExport” portalının layihəsini təqdim ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) və “Azexport.az” portalının ortaq ideyası olan “TurkicExport” portalı layihəsi Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinə təqdim olunub. Bununla bağlı TDAM-ın rəhbəri Ayhan Satıcı, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, TDT Katibliyinin layihə direktoru, Qazaxıstandan “Astana Hub”ın nümayəndəsi və “Metaverse” Təhsil və Sağlamlıq Mərkəzinin nümayəndə heyəti videoformatda görüş keçiriblər.
Görüşdə bu ideya ilə bağlı İİTKM-in kifayət qədər təcrübəyə malik olduğu diqqətə çatdırılıb və portalın hazırlanması istiqamətində ilkin müzakirələr aparılıb. Bildirilib ki, “TurkicExport” portalının hazırlanması TDT-nin regiondakı dinamik rolunu nəzərə alaraq ticarətin və investisiyaların təşviq olunmasına xidmət edəcək. Bu çərçivədə “Azexport.az” portalının uğurlu nümunəsi və portal çərçivəsində qlobal çağırışlara uyğun olaraq “Metaverse” kimi innovativ həllərin tətbiq olunması iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edilib ki, xüsusilə də “Azexport.az” portalının beynəlxalq elektron ticarət platformaları vasitəsilə “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və ölkədə elektron ticarətin inkişafı istiqamətində həyata keçirdiyi layihələr türk dünyasında ticarət və investisiyanın təşviq edilməsi üçün müvafiq addımların atılmasına stimul ola bilər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi TDT Katibliyi ilə bir neçə uğurlu layihəyə imza atıb. “Türk dövlətləri iqtisadiyyat”ı kitabı, “Türk iqtisadi icmalı”nın müntəzəm nəşri və digər müvafiq sahələrdə araşdırmaların aparılması buna nümunədir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf