İİTKM-in “Azexport.az” portalı “2025-ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən “European Union Business News” beynəlxalq media qurumunun təşkil etdiyi “European Enterprise Awards 2025” müsabiqəsində “İnnovasiya” nominasiyası üzrə mükafata layiq görülüb.
Azexport.az portalına “2025-ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” (Best National Export Promotion Platform 2025) mükafatı təqdim edilib.
Müsabiqə çərçivəsində “Azexport.az” portalının Azərbaycanın qeyri-neft ixracının təşviqi, rəqəmsal ticarət infrastrukturunun qurulması və yerli istehsalçıların xarici bazarlara çıxışının təmin edilməsi istiqamətində fəaliyyəti nəzərə alınıb.
Qiymətləndirmə zamanı portalın milli məhsulların vahid rəqəmsal reyestrinin formalaşdırılması, ixrac prosedurlarının “vahid pəncərə” prinsipi əsasında rəqəmsallaşdırılması, həmçinin “Digital Trade Hub” çərçivəsində elektron sənədləşmə, elektron imza, onlayn ixrac müraciəti, elektron ödənişlər və transsərhəd rəqəmsal əməliyyatların inteqrasiyası üzrə fəaliyyəti qeyd olunub.
Bununla yanaşı, “Azexport.az” portalının Amazon, Alibaba, eBay, JD.com, TradeKey və digər beynəlxalq elektron ticarət platformaları ilə inteqrasiyası da qiymətləndirmədə nəzərə alınan istiqamətlər sırasında olub.
Qeyd edək ki, “Azexport.az” portalı Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlarda təşviqi, yerli ixracatçıların beynəlxalq elektron ticarət platformalarına çıxışının dəstəklənməsi və ixrac proseslərinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyət göstərir.
Mənbə: https://www.eubusinessnews.com/winners/azexport-az/








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib