İİTKM-in şöbə müdiri İslamabadda keçirilən beynəlxalq konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Pakistanın paytaxtı İslamabadda keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində ticarətin asanlaşdırılmasının təşviqi” mövzusuna həsr olunmuş 5-ci illik elmi tədqiqat konfransında təqdimatla çıxış edib.
Vüsalə Cəfərova “CAREC çərçivəsində regional əlaqələrin və ticarətin asanlaşdırılmasının gücləndirilməsində Azərbaycanın və Orta Dəhlizin rolu” adlı təqdimatla çıxış edib. O, Azərbaycanın regional nəqliyyat və logistika dəhlizləri sahəsində təşəbbüskar rolu, Orta Dəhliz çərçivəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, həmçinin ölkənin tranzit potensialının gücləndirilməsi üçün atdığı addımlar və bu sahədə rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib.
Konfrans CAREC İnstitutu və İslam İnkişaf Bankı, “Pakistan Single Window” platforması, “Sargodha” Universiteti, Allama İqbal Açıq Universiteti, Beynəlxalq Yol Nəqliyyatı İttifaqı (IRU), Pakistan İqtisadi İnkişaf İnstitutu (PIDE), “Manzil Pakistan”, “Development Alternatives Inc.” (DAI), Davamlı İnkişaf Siyasəti İnstitutu (SDPI), Pakistan Beynəlxalq Daşımalar Assosiasiyası (PIFFA) və “ECO” Elm Fondu (ECOSF) ilə birgə təşkil olunub.
Tədbirin məqsədi CAREC regionunda tədqiqatçılar, siyasətçilər, ekspertlər və digər maraqlı tərəflər üçün iqtisadi və ticarət məsələlərinin müzakirəsinə, eləcə də regional əməkdaşlığın gücləndirilməsinə imkan yaradan platforma formalaşdırmaqdır. Konfrans CAREC ölkələri arasında elmi-tədqiqat əsaslı əməkdaşlığın genişlənməsinə, vahid iqtisadi yanaşmaların təşviqinə və regional inteqrasiyanın dərinləşdirilməsinə töhfə verməyi hədəfləyir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib