İİTKM “World Business Outlook” tərəfindən “Texnologiya” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “World Business Outlook” beynəlxalq media qurumunun təşkil etdiyi “World Business Annual Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə qalib olub.
Mərkəz bu nüfuzlu mükafata dövlət idarəetməsində rəqəmsal texnologiyaların geniş tətbiqi, innovativ platformaların yaradılması və nəticəyönlü idarəetmə yanaşmalarının həyata keçirilməsi istiqamətindəki uğurlarına görə layiq görülüb.
Mükafatın təqdim edilməsində əsas meyarlar sırasında İİTKM-in Nazirlər Kabinetinin tapşırığı ilə dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün funksional rəqəmsal platforma qurması, layihələrin idarəedilməsində süni intellekt, məlumat analitikası, coğrafi informasiya texnologiyaları, video-müşahidə sistemləri və digər qabaqcıl alətlərdən səmərəli istifadə etməsi göstərilib.
“Texnologiya” nominasiyasında müxtəlif ölkə və regionlardan həm dövlət, həm də özəl qurumlar iştirak edib. Bu isə İİTKM-in qlobal texnoloji idarəetmə sahəsində lider mövqeyə malik olduğunu təsdiqləyib.
Mərkəzin əldə etdiyi uğur, ölkəmizin rəqəmsal dövlətçilik sahəsində nailiyyətlərinin beynəlxalq səviyyədə tanındığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, rəqəmsal transformasiya proseslərinin, planlaşdırma və büdcə icrasında şəffaflıq və effektivliyi artıran təşəbbüslərin yüksək qiymətləndirildiyini göstərir.
Hazırda İİTKM-in tətbiq etdiyi müasir idarəetmə modeli qlobal miqyasda nümunəvi, innovativ və dayanıqlı yanaşma kimi qəbul olunur.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu