Rəşad Hüseynov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini
12 sentyabr 1981-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.
Təhsili
1998-2002-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində bakalavr təhsili alıb və fakültəni fərqlənmə diplomu ilə bitirib.
2004-2006-cı illərdə Almaniyanın Vayştefan Universitetində biznesin idarə edilməsi ixtisası üzrə MBA təhsili alıb.
2007-2009-cu illərdə Almaniyanın Bonn Universitetində qida və resursların iqtisadiyyatı ixtisası üzrə ikinci magistr təhsili alıb.
2010-2015-ci illərdə Almaniyanın Bonn Universitetinin İqtisadi və Aqrar Siyasət İnstitutunda doktorantura təhsilini fərqlənmə diplomu ilə bitirib.
Pedaqoji fəaliyyəti
2016-cı ildən ADA və Xəzər universitetlərində "İdarəetmə iqtisadiyyatı", "Mikroiqtisadiyyat", "İnkişaf iqtisadiyyatı", "İctimai iqtisadiyyat" və "Kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət" mövzuları üzrə tədris fəaliyyəti ilə məşğul olur.
Əmək fəaliyyəti
2016-cı ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri vəzifəsində çalışıb.
2020-2022-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri vəzifəsində çalışıb.
2023-cü ilin fevral ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini vəzifəsinə təyin olunub.
Asiya İnkişaf Bankı (ADB), BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO), BMT-nin İnkişaf Proqramı (UNDP), Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) icra etdikləri layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.
Azərbaycan, alman, ingilis və rus dillərini bilir.
Ailəlidir, 3 övladı var.