08 fevral 2023, 16:29

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın ixracqabiliyyətli məhsullarının xarici bazarlara çıxarılması istiqamətində müzakirələr aparılıb. Həmçinin, Azərbaycandan Amerika Birləşmiş Ştatlarına qida məhsullarının ixracı zamanı tələb olunan “FDA” və digər sertifikatlaşdırma prosedurlarına dair tələblərə toxunulub. Bu istiqamətdə yerli şirkətlərin dəstəklənməsi mexanizminin daha da təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azexport portalı hazırda ABŞ-ın Nyu York, Kaliforniya və Vaşinqton ştatlarına konservləşdirilmiş qidalar, qənnadı məhsulları, meyvə şirələri və digər “Made in Azerbaijan”  brendi məhsullarının ixracı istiqamətində yerli şirkətlərlə pilot layihə icra edir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az