
25 avqust 1982-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.
Təhsili
1999-2004-cü illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində bakalavr təhsili alıb.
2021-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində menecment ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyəti
2004-2006-cı illərdə Bank Olmayan Kredit Təşkilatında əməliyyatçı-mütəxəssis,
2006-2011-ci illərdə "Azercell Telecom Smart Solution" MMC-də əməliyyatçı,
2013-2018-ci illərdə “MilliKart” Prosessinq Təşkilatında Əməliyyat departamentində mütəxəssis vəzifələrində çalışıb.
2020-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun köməkçisi vəzifəsində çalışır.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.