Ayhan Satıcı

Ayhan Satıcı

Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri

(+99412) 521 25 35


9 mart 1997-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.

Təhsili

2014-2019-cu illərdə ADA Universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr,

2019-2021-ci illərdə ADA Universitetində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili alıb.

2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Ümumi iqtisadiyyat fakültəsində doktorantura təhsili alır.

Əmək fəailiyyəti

2017-2019-cu illərdə “British Council” Azərbaycanın imtahanlar departamentində çalışıb.

2019-cu ilin may ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) supervayzer,

2019-cu ilin iyun-iyul aylarında Avropa Gənclər Olimpiya Festivalında menecer,

2019-2020-ci illərdə “Bosshelf” MMC-nin vendorluğu ilə bp-nin Təchizat Bazasında texniki kargüzar,

2020-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma departamentinin kiçik analitiki və analitiki vəzifələrində çalışıb.

2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma və inkişaf meneceri kimi fəaliyyət göstərib. 2023-cü ilin fevral ayından Mərkəzdə aparılmış struktur islahatlarından sonra Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edib, oktyabrında isə həmin vəzifəyə təsdiqlənib.

Türkiyə, Almaniya, Rumıniya və Azərbaycanda şəxsi keyfiyyətlərin inkişafı mövzularında təlimlər keçib.

"Güzəştli Mənzillər Kontekstində Azərbaycanda Dövlət-Özəl Tərəfdaşlığı" mövzusu da daxil olmaqla elmi-publisistik məqalələrin müəllifidir.

Azərbaycan, ingilis, türk dillərini, eləcə də rumın və rus dillərini A1 səviyyəsində bilir.

Ailəlidir, bir övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R