
2 yanvar 1999-cu ildə Azərbaycan Respublikası Gədəbəy rayonunda anadan olub.
Təhsili
2016-2020-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2016-cı ildə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünə layiq görülüb.
2021-2022-ci illərdə SOCAR və "South Caucasus Pipeline Ltd" tərəfindən maliyyələşdirilən "Google Data Analytics Professional" sertifikatı proqramında “Google Data Analytics” sertifikatı ilə təltif edilib.
Pedaqoji fəaliyyəti
İqtisadi mövzuda 3 məqalə və 1 kitab həmmüəllifidir.
Əmək fəaliyyəti
2019-2020-ci illərdə “Kapital Bank” ASC-də Məlumatların sistemləşdirilməsi şöbəsində kiçik mütəxəssis,
2020-2022-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Səmərəliliyin qiymətləndirilməsi departamentinin kiçik analitiki və analitik vəzifələrində çalışıb.
2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı vəzifəsində fəaliyyət göstərir. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatlarından sonra Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi təyin olunub, həmin ilin noyabr ayından isə Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışır.
Statistika, riyazi-statistik modelləşdirmə, data analitikası (Numpy, Pandas, Matplotlib,Seaborn, Tableau, SQL) və maşın öyrənmə alqoritmləri ilə bağlı təcrübəyə malikdir.
Python, PHP, Javascript və R proqramlaşdırma dillərini bilir.
Azərbaycan, ingilis və türk dillərini bilir.