12 aprel 1998-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.
Təhsili
2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində bakalavr təhsili alıb.
2019-cu ildə Finlandiyanın Helsinki şəhərində Helsinki Universitetində keçirilən “European Law & the Rule of Law” təlimində,
2019-cu ildə Çikaqo-Kent Hüquq Kollecinin sponsorluq etdiyi “Law firm’s Marketing & Lawyers’ self-branding” təlimində,
2020-ci və 2022-ci illərdə "Deloitte & Touche Azerbaijan" tərəfindən təşkil olunmuş “Contract drafting” və “Corporate Law, Corporate Finance” təlimlərində iştirak edib.
Əmək fəaliyyəti
2019-2020-ci illərdə "Finca Azərbaycan" Qeyri-Bank Kredit Təşkilatında korporativ işlər üzrə kiçik hüquqşünas,
2020-2023-cü illərdə həmin təşkilatda korporativ işlər üzrə hüquqşünas vəzifələrində çalışıb.
2023-cü ilin aprel ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində hüquqşünas vəzifəsində çalışır.
Azərbaycan, rus, ingilis dillərini və A1 səviyyədə alman dilini bilir.
Ailəlidir.