
Natiq Pənahlı
İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi
1 iyul 1980-ci ildə Türkmənistan Respublikasının Nebitdağ şəhərində anadan olub.
Təhsili
1998-2002-ci illərdə Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə bakalavr,
2002-2004-cü illərdə Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika ixtisası üzrə magistr təhsili alıb.
2006-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Sosiologiya şöbəsində aspirantura təhsili alıb, “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması: problemlər və inkişaf perspektivləri” mövzusunda elmi işi müdafiə edərək, sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti
2004-2006-cı illərdə “Zaman-Azərbaycan” qəzetində müxbir,
2006-2009-cu illərdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda əyani aspirant,
2010-2012-ci illərdə “Zaman-Azərbaycan” qəzetində Siyasət və informasiya şöbəsinin müdiri (eyni zamanda Prezident Administrasiyasında və Milli Məclisdə akkreditə olunmuş xüsusi müxbiri),
2013-2014-cü illərdə “Xəzər TV” MMC-də Xəbərlər departamentinin müxbiri,
2014-2023-ci illərdə “Xəzər TV” MMC-də Xəbərlər departamentinin baş redaktoru olub.
2023-cü ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.
Azərbaycan və ingilis dillərini bilir.
Ailəlidir, üç övladı var.