Aqil Əsədov

Aqil Əsədov

Strateji planlaşdırma şöbəsinin müdiri

(+99412) 521 25 35


02 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.

Təhsili

1993-1997-ci illərdə Azərbaycan Texniki Universitetində mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr,

1997-1999-cu illərdə Azərbaycan Texniki Universitetində istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat) ixtisası üzrə magistr,

1999-2004-cü illərdə Azərbaycan Texniki Universitetində xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə aspirantura təhsili alıb.

2007-ci ildə "5312.01 - Sahə iqtisadiyyatı" ixtisasında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi,

2011-ci ildə xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə dosent elmi adı alıb.

2022-ci ildən "5312.01 - Sahə iqtisadiyyatı" ixtisasında iqtisad üzrə elmlər doktorudur.

Pedaqoji fəaliyyəti

2008-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetində baş müəllim,

2010-2017-ci və 2021-2022-ci illərdə Azərbaycan Universitetində dosent vəzifələrində çalışıb.

20 ədədi ABŞ, Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və digər ölkələrdə çap olunmaqla, 162 elmi məqalə və ya tezisin, 5 monoqrafiya, 3 dərs vəsaiti və 1 dərsliyin, “Xalq”, “Respublika” və “İqtisadiyyat” qəzetlərində çap olunmuş 100-dən çox elmi-publisistik məqalənin müəllifi və ya həmmüəllifidir.

Əmək fəaliyyəti

2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi,

2009-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri,

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri,

2022-ci ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində işləyib.

2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatlarından sonra Strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R