17 mart 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.
Təhsili
1994-1999-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində bakalavr təhsili alıb.
2003-2006-cı illərdə BDU-da magistratura təhsili alıb və dünyanın iqtisadi və sosial coğrafiyası ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2009-2013-cü illərdə BDU-nun Coğrafiya fakültəsinin doktorantura pilləsində təhsil alıb və iqtisadi coğrafiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Hazırda “Azərbaycan Respublikasının regional geosiyasi məkana inteqrasiyası və geostrateji modeli” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Pedaqoji fəaliyyəti
2008-ci ildə Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında çalışıb.
2015-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarında dərs deyir.
2018-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə doktorantdır.
2019-cu ildə dosent elmi adını alıb.
50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir.
Əmək fəaliyyəti
1999–2005-ci illərdə Bakı şəhəri, 212 saylı orta məktəbdə coğrafiya müəllimi,
2000-2017-ci illərdə Türkiyənin Dəyanət Vəqfi - Bakı Türk Liseyində müdir müavini və coğrafiya müəllimi,
2003-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının MXKE üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunda mühəndis,
2012-2020-ci illərdə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsində aparıcı elmi işçi,
2019-2021-ci illərdə BDU-nun Coğrafiya fakültəsində elmi işlər üzrə dekan müavini,
2021-2022-ci illər ərzində BDU-nun Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri vəzifələrində çalışıb.
2022-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "enterpriseazerbaijan.gov.az" portalının rəhbəri vəzifəsində çalışır.
2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
2017-ci ildə İlk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.
Azərbaycan, rus, ingilis, və türk dillərini bilir.
İki övladı var.