
23 may 1976-cı ildə Azərbaycan Respublikası Zərdab şəhərində anadan olub.
Təhsili
1993-1997-ci illərdə Bakı Dövlət Universitetində Tarix fakültəsinin tarix/ölkəşünas ixtisası üzrə bakalavr təhsili alıb.
2001-ci ildə Böyük Britaniyanın Mançester Universitetində biznes və menecment üzrə ixtisaslı menecer proqramının məzunu olub.
2006-2008-ci illərdə Asiya İnkişaf Bankı MBA proqramı ilə Ateneo Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu ildə Harvard Universitetinin Kennedi Məktəbində dövlət maliyyə idarəçiliyi üzrə İdarəetmə Təhsili Proqramının məzunu olub.
2012-2016-cı illərdə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1997-2001-ci illərdə Bakıda "Memar Co" şirkətində idarəedici direktor,
2001-ci ildə Böyük Britaniyanın "Minale Tattersfield Co" şirkətində iqtisadçı,
2002-ci ildə AR Xarici Işlər Nazirliyində Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə layihə eksperti,
2002-2003-cü illərdə AR Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində,
2003-2005-ci illərdə İqtisadiyyat Nazirliyininin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq sektorunda məsləhətçi,
2005-2008-ci illərdə Azərbaycan hökuməti tərəfindən Asiya İnkişaf Bankının Direktorlar Şurasında direktor müşaviri,
2008-2009-ci illərdə USAİD-in Dövlət Büdcəsi İslahatları layihəsində iqtisadçı,
2009-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Avropa İttifaqının "İqtisadiyyat Nazirliyinin Potensialının Gücləndirilməsinə Dəstək" layihəsində xarici ticarət siyasəti məsələləri üzrə iqtisadçı,
2011-2013-cü illərdə USAİD-in “Azərbaycanda Rəqabətlilik və Ticarət” layihəsində baş iqtisadçı,
2016-2020-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri olub.
2020-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Layihələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatları nəticəsində Layihələr departamenti ləğv olunub. Bu səbəbdən qurumun Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi təyin olunub.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.