Günay Quliyeva

Günay Quliyeva

İqtisadi təhlil şöbəsinin müdiri

(+99412) 521 25 35


30 iyul 1984-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.

Təhsili

2000-2004, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2016-cı ildə Azərbaycan Dövlət Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2018-ci ildə Almaniya Federativ Respublikasının Zigen Universitetində elmi tədqiqat proqramında iştirak edib.

Pedaqoji fəaliyyəti

2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi vəzifəsində çalışıb.

2016-cı ildən SABAH qrupları və Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində "Azərbaycan İqtisadiyyatı", "İqtisadi siyasət", "İqtisadiyyatın tənzimlənməsi", "Menecment iqtisadiyyatı" fənnlərini tədris edir.

2017-ci ildə Avropa İttifaqının "Erasmus" proqramının müəllim mübadiləsi çərçivəsində Polşa Respublikasının Poznan İqtisadiyyat və Biznes Universitetində, 

2018-ci ildə Rumuniya Respublikasının Piteşti Universitetində dərs deyib.

Yerli və beynəlxalq mətbuatda dərc olunan 30-dan çox elmi və publisistik məqalə və tezislərin müəllifidir.

Əmək fəaliyyəti 

2005-2008 “Bank of Baku” ASC-də aparıcı mütəxəssis,

2008-2010-cu illərdə “Baku Electronics” MMC-də aparıcı mütəxəssis kimi çalışıb.

2010-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Maliyyə-büdcə şöbəsinin Sosial müavinətlər sektorunda və Pensiya və müavinətlər şöbəsinin Pensiya və müavinətlərlə metodiki iş sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

2013-cü ildə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilib.

2020-2022-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil və analitik informasiya departamentində baş analitik vəzifəsində çalışıb.

2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbərinin müavini vəzifəsində çalışır. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatlarından sonra İqtisadi təhlil şöbəsi müdirinin müavini təyin olunub. Hazırda İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışır.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Hamısı
Nəşrlər
Müsahibələr
NəşR Oct 29, 2024

Yeni Qarabağnamə

NəşR Oct 29, 2024

Rəqəmsal İqtisadiyyat

NəşR Oct 29, 2024

Yeni Qarabağnamə

NəşR Oct 29, 2024

Rəqəmsal İqtisadiyyat

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R