Vüsal Qasımlı Lüksemburqda iş adamları ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Lüksemburqda Avropadan olan iş adamları görüş keçirib. Tədbir Azərbaycanın Belçika və Lüksemburqdakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyin dəstəyi ilə təşkil olunub. Görüşdə dövlət və hökumət rəsmiləri, eləcə də Lüksemburqun aparıcı şirkətlərini təmsil edən iş adamları daxil olmaqla 40-dan çox iştirakçı yer alıb.
Görüşdə Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov çıxış edib. O, Azərbaycan - Lüksemburq münasibətlərinin inkişaf dinamikasına diqqət çəkərək, iki ölkə biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib. V.Qasımlı Azərbaycanın makroiqtisadi sabitliyi, investorlar üçün yaradılmış əlverişli biznes mühiti, tranzit-logistika imkanları, yaşıl enerji layihələri və rəqəmsal iqtisadiyyatda əldə olunan nailiyyətlər barədə məlumat verib.
Vüsal Qasımlı kiçik və orta biznesə verilən güzəştlər, investisya təşviqi sənədi, xüsusi iqtisadi zonalar, texnoparkdan kənar rezidentlik imkanları, dövlət-özəl tərəfdaşlığı, Ələt Azad İqtisadi Zonası, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda güzəştlər sistemi barədə məlumat verib: “Dünyanın iki aparıcı beynəlxalq reytinq agentlikliyi Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəldib, reytinq üzrə proqnozu isə “müsbət” olaraq saxlayıb.”
O bildirib ki, Azərbaycanın vergi yığımlarının ÜDM-də payı 22,9% təşkil edir və bu göstərici İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta səviyyə olan 33,9%-dən aşağıdır. Onun sözlərinə görə, Azərbaycan OECD-nin “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu” tərəfindən mümkün olan ən yüksək qiymətləndirmə — “uyğun” (“compliant”) reytinqini əldə edib.
Tədbirdə çıxış edən Lüksemburq nümayəndələri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlara açıq olmasını yüksək qiymətləndirərək, xüsusilə yaşıl enerji, rəqəmsal xidmətlər, logistika və maliyyə texnologiyaları sahələrində əməkdaşlığa maraq göstərdiklərini bildiriblər. Həmçinin tərəflər birgə layihələrin reallaşdırılması, eləcə də kiçik və orta bizneslər arasında əlaqələrin genişləndirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd ediblər. Həmçinin, Lüksemburq-Azərbaycan ticarət əlaqələrinin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün iki ölkə arasında ticarət palatasının yaradılmasının vacibliyi vurğulanıb. Bu təşəbbüsün qarşılıqlı investisiya layihələrinin artmasına, biznes əməkdaşlığının institusional əsasda gücləndirilməsinə və ticarət dövriyyəsinin genişlənməsinə xidmət edəcəyi bildirilib.
Görüş Azərbaycanın Lüksemburq işgüzar dairələrinə təqdimatı baxımından əhəmiyyətli addım olmaqla yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə yeni impuls verib.









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu