Ramil Hüseyn “Azərbaycan və İƏT” mövzusunda keçirilən tədbirdə çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusunda tədbirdə çıxış edib. O, ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarından danışıb, İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmizi əks etdirən göstəriciləri diqqətə çatdırıb.
R. Hüseyn vurğulayıb ki, ümumi əhalisi yarım milyarddan çox və ümumi daxili məhsulu təxminən 3,8 trilyon ABŞ dolları olan İƏT üzvlərinin iqtisadi inkişaf potensialı qarşıdakı illərdə daha da artacaq. Bu ölkələr arasında ticarətin genişlənməsi üçün böyük imkanlar var.
Azərbaycanın da İƏT üzvləri ilə ticarət dövriyyəsi dinamik olaraq artır. 2024-cü ildə Azərbaycanın bu ölkələrlə birgə xarici ticarət dövriyyəsi 8 milyard ABŞ dolları təşkil edib və bunun 4,12 milyard ABŞ dolları ölkəmizin ixracının payına düşüb.
İİTKM-in icraçı direktorunun müavini vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi İƏT üzvləri üçün müstəsna əhəmiyyətə malikdir. Çünki ölkəmizin Şərq və Qərb arasında ticarət əlaqələri və nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük potensialı var.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən tədbirdə ölkənin aparıcı beyin mərkəzlərinin nümayəndələri mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib