“Nəqliyyat icmalı-2026”nın ingilis dilində versiyası dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Nəqliyyat icmalı-2026” nəşrinin ingilis dilində versiyası ictimaiyyətə təqdim edilib.
Nəşrdə Azərbaycanın nəqliyyat sektoru üzrə əsas göstəricilər, nəqliyyat növləri üzrə yük və sərnişin daşımalarının dinamikası, tranzit yükdaşımaların əsas beynəlxalq nəqliyyat dəhlizləri üzrə inkişaf meyilləri, həmçinin ölkədə həyata keçirilən və planlaşdırılan infrastruktur layihələri əhatəli şəkildə təqdim olunur.
İcmalda nəqliyyat sektorunun makroiqtisadi göstəricilərdə payı, nəqliyyat xidmətlərinin idxal və ixrac statistikası, avtomobil, dəmir yolu, hava, metro, dəniz və boru kəməri nəqliyyatı üzrə 2024–2025-ci illərin müqayisəli göstəriciləri yer alıb. Eyni zamanda, nəqliyyat sahəsindən əldə olunan gəlirlər, yük və sərnişin dövriyyəsi ilə bağlı məlumatlar da nəşrdə öz əksini tapıb.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının ideya müəllifi olduğu icmalda ayrı-ayrı nəqliyyat növlərinin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də yer verilib. Xüsusilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” çərçivəsində görülən işlərin nəticələri, rəqəmsallaşma, mikromobillik, tramvay xətləri ilə bağlı məlumatlar icmalda əksini tapıb.
“Nəqliyyat icmalı” Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin nəticələrinin təbliği və icrasına dəstək məqsədilə hazırlanıb.
“Nəqliyyat icmalı-2026” İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov və sektor müdiri, iqtisad üzrə fəlsəfə doktoru Arzu Süleymanov tərəfindən hazırlanıb. Məsləhətçi nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev, qrafik dizayner Elvira Zeynalovadır.
İcmalın ingilis dilində olan versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://ereforms.gov.az/files/review/pdf/en/556fe25b3aa1777fd14193ffd53e0a90.pdf









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025