İxrac icmalının noyabr ayı üçün ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları 13,6% artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 10 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8% artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9% artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4% artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6% artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8% artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar məhsullar 5,7% artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3% artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Zənurə Talıbova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır