07 noyabr 2024, 17:18

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları 13,6% artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin 10 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8% artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9% artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4% artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6% artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8% artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar məhsullar 5,7% artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3% artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az