“İqtisadi islahatlar” elmi-analitik jurnalının səkkizinci sayı çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçiliyi ilə 2021-ci ilin noyabr ayından nəşr olunan “İqtisadi islahatlar” elmi-analitik jurnalının səkkizinci sayı işıq üzü görüb. Jurnalın bu sayına 47 məqalə təqdim edilsə də rəyçilərin məqsədəuyğun hesab etdiyi 10 elmi məqalə dərc edilib.
“İqtisadi islahatlar” jurnalın son sayında
- “Bankçılığın yeni fundamental əsası: Bazel III Sistemli Təkamülü”,
- “İnnovativ iqtisadiyyatın inkişafında insan kapitalının rolu”,
- “Yaşıl iqtisadiyyat perspektivləri: struktur yanaşmaların və fiskal siyasətin təhlili”,
- “Dünyada ərzaq təhlükəsizliyinin təmin olunmasının qlobal trendləri”,
- “Mərkəzi Bankların pul-kredit siyasətində inflyasiya hədəfləməsi”,
- “Sığorta bazarının müasir problemlərinin həllində dövlət tənzimlənməsinin əhəmiyyəti”,
- “Qazaxıstanın yaşıl ixracı: inkişaf imkanları və problemlər”,
- “Cənubi Qafqaz regionunun iqtisadi inkişafında Trans-Qafqaz tranzit dəhlizinin rolu”,
- “Fiskal siyasətin tənzimləyici funksiyasına nəzəri baxışların təhlili”,
- “Ümumi keyfiyyətin idarə edilməsi: böhranın idarə edilməsi hazırlığı üzrə Sudan təşkilatının təsviri təhlili” kimi mövzuları əhatə edən elmi-analitik məqalələr çap olunub.
Məqalələrlə yanaşı jurnalda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabı barədə yazdığı rəy də oxuculara təqdim olunub.
“İqtisadi islahatlar” elmi-analitik jurnalına təqdim edilən məqalələr birinci onlayn ("online first publication” prinsipinə uyğun olaraq) və daha sonra kağız variantda çap olunur. Jurnalda məqalə çapı ödənişsizdir.
Jurnalla təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bitly.ws/33Aqv








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib