İİTKM yeni Dövlət Proqramının monitorinq və hesabatlılıq modulunu yaradacaq
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Prezidentin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılması tapşırılıb. Mərkəz növbəti ildən Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini həmin Modul üzərindən həyata keçirəcək.
Dövlət Proqramında qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar, ərazilər və obyektlər üzrə icra müddətlərini, layihələrlə bağlı məlumatları və mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, birbaşa (onlayn) kamera müşahidəsini təmin edən və “Layihə idarəetməsi” modulunda hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılması da İİTKM tərəfindən təmin ediləcək.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası monitorinqinin nəticəsi barədə məlumatlar ildə bir dəfə, hər il fevralın 28-dək Nazirlər Kabinetinə təqdim olunacaq.
Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə İşçi qrup formalaşdırılacaq.
Sərəncamla daha ətraflı tanış olmaq üçün:
https://nk.gov.az/az/senedler/serencamlar/baki-seherinde-ve-etraf-erazilerde-neqliyyat-infra-8603
Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir