İİTKM-in şöbə müdiri Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunan Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda (SME World Forum 2023) “Azərbaycanda kiçik sahibkarlıq və biznes siyasəti” adlı paneldə moderatorluq edib. Panel müzakirəsi zamanı, Azərbaycanda sahibkarlıq mühiti, KOB-lara dövlət dəstəyi mexanizmləri, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlər, beynəlxalq maliyyə institutlarının KOB-lar üçün nəzərdə tutduğu maliyyə dəstək alətləri, yerli sahibkarların dünya bazarına çıxmasında diplomatik korpusların və beynəlxalq təşkilatların rolu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Azərbaycanda kiçik sahibkarlıq və biznes siyasəti” adlı paneldə həmçinin, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB), İqtisadiyyat Nazirliyinin nümayəndələri, Koreyanın BMT-dəki keçmiş səfiri və BMT-nin İqtisadi və Sosial Şurasının 71-ci prezidenti, AYİB-in Kiçik Biznes İnvestisiya Komitəsinin rəhbəri çıxışlar ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib