İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçısı Qustavo Ramires və Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin makroiqtisadçısı Martin Fukaç ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov Azərbaycanın sosial-iqtisadi inkişafı strategiyaları, dövlət proqramlarının hədəfləri, icrasının monitorinq və qiymətləndirilməsində Mərkəzin fəaliyyəti barədə məlumat verib. Eyni zamanda, ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə yaradılan komissiyanın fəaliyyəti barədə qonaqları məlumatlandırıb.
İİTKM-in İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva iqtisadi təhlil sahəsində Beynəlxalq Valyuta Fondu tərəfindən keçirilən təlimlərin əhəmiyyətini və davamlı iştirakın faydasını vurğulayıb.
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova makro-fiskal təhlil və proqnozlaşdırma sahəsində İİTKM tərəfindən aparılan tədqiqatlar, tətbiq olunan ekonometrik modellər barədə məlumat verib.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Qustavo Ramires makroiqtisadi sabitliyə yönələn iqtisadi islahatlar, diversifikasiya, iqtisadi transformasiya, qlobal arenada yeni inkişaf təşəbbüsləri sahəsində təmsil etdiyi qurumun əməkdaşlığa hazır olduğunu bildirib.
Müzakirə zamanı investisiyaların səmərəliliyi və iqtisadi artım sahəsində beynəlxalq təcrübə, eləcə də iqtisadi islahatlar sahəsində uğurlu əməkdaşlıq perspektivlərindən danışılıb.







Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır