"Enterprise Azerbaijan" portalı Azərbaycan Texnologiya Universitetində “Startup School 3” layihəsini təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalı Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə “Startup School 3” layihəsi çərçivəsində onlayn infosessiya keçirib. Sessiyada texnologiya, innovasiya və sahibkarlıq sahələrinə maraq göstərən və startap ideyalarına malik gənclər iştirak ediblər.
İnfosessiyanın əsas məqsədi tələbələri “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı ilə tanış etmək, proqramın təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat vermək və onları akselerasiya proqramına cəlb etmək olub.
Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə proqramın məqsədləri, mərhələləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu proqram yaşıl texnologiyalar və rəqəmsal həllər üzərində çalışan startapları dəstəkləməklə gənclərin beynəlxalq innovasiya mühitinə qoşulmasına şərait yaradır.
Sessiya boyunca tələbələr mentorluq imkanları, təlim mərhələləri və seçim meyarları ilə bağlı suallar ünvanlayıb, proqramdan daha səmərəli yararlanmaq üçün praktik tövsiyələr əldə ediblər.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı yerli və xarici innovasiya təşəbbüsləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu təşəbbüs ölkəmizdə texnologiyayönümlü startap ekosisteminin formalaşdırılmasına, gənc mühəndislərin və təşəbbüskarların yaradıcı potensialının üzə çıxarılmasına və onların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.
Qeydiyyat üçün link: https://forms.gle/YwzgE1aXizJ6Km2e9








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib