“Azexport Talks”: Elektron ticarət və logistika üzrə beynəlxalq görüş keçirildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yeni layihəsi - “Azexport Talks”un ilk görüşü keçirilib. Onlayn formatda baş tutan görüşün qonağı mərkəzi ofisi Türkiyədə yerləşən logistika şirkətinin həmtəsisçisi və icraçı direktoru Kemal Kaya olub. Görüşdə e-ticarət, ixrac, logistika mövzuları müzakirə olunub. Bununla yanaşı, “Amazon”, “Ebay” və “Etsy” platformaları üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Amerika və Avropa bazarları üzrə ixtisaslaşan ekspertlər uğurlu məhsul seçimi, hesablarda yaranan “suspend” məsələləri ilə bağlı zəruri bilikləri praktik nümunələr üzərindən təqdim ediblər.
Layihə ilə bağlı məlumat verən “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, ilk görüş dinamik və məhsuldar keçib. İştirakçılardan biri müxtəlif ödənişli və ödənişsiz kurslara qatılmasına baxmayaraq, hələ də e-ticarət sahəsində satış fəaliyyətinə başlamaq üçün tam hazır olmadığını qeyd edib. Bu məsələ ekspertlər arasında xüsusi diqqət doğurub və həmin iştirakçıya iki aylıq fərdi mentorluq dəstəyi təklif olunub. Ekspertlər e-ticarətə başlamaqla bağlı yaranan bütün sualların və çətinliklərin həlli üçün praktik yolları təqdim edəcəklərini bildiriblər. Bu təşəbbüs “Azexport Talks” layihəsinin yalnız nəzəri biliklər deyil, həm də praktiki dəstək təqdim etmək məqsədinə yönəldiyini nümayiş etdirir.
Qeyd edək ki, “Azexport Talks” layihəsi rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən mövzular üzrə müzakirələri yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müntəzəm həyata keçirəcək. Görüşlərdə iştirakda maraqlı olan şəxslər portalın sosial şəbəkə hesablarına üzv olaraq tədbirlərin anonslarını izləyə bilərlər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib