“Azexport” daha bir yerli brendin beynəlxalq bazara çıxışına dəstək verir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Tağısoy Elektrik” MMC-nin istehsal müəssisəsində olub. O, görüşdə portalın fəaliyyətinə dair məlumatlar verib və yerli sahibkarların “Azexport” vasitəsilə qlobal bazara, xüsusilə də beynəlxalq onlayn satış platformalarına çıxışı imkanlarından danışıb.
Şirkətin nümayəndəsi Ramin İsmayılov müəssisənin “Parla” brendi altında lampa istehsal etdiyini və ayda 300 min ədəd lampa istehsalı potensialına malik olduğunu, istehsal olunan məhsulların hər birinin satışa çıxmazdan əvvəl keyfiyyət testindən keçirildiyini bildirib. O, məhsulların beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun istehsal olunduğunu qeyd edib.
Müzakirə zamanı “Parla” brendinin “Amazon” və “Ebay” vasitəsilə Avropa və Amerika bazarlarına çıxış imkanları, həmçinin beynəlxalq bazarda mövcud rəqiblərin qiymət və marketinq strategiyaları barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə müəssisənin məhsullarının “Azexport” və beynəlxalq elektron ticarət platformalarına inteqrasiyasına dair tədbirlər planı müzakirə olunub.
Qeyd edək ki, “Azexport” portalı istehsal müəssisələrini ziyarət etməyə, yerli brendlərin portala və beynəlxalq platformalara inteqrasiyasına dəstək verməyə davam edir. Portal bu istiqamətdə fəaliyyətin koordinasiyalı təşkilində “Meetup Networking Club”la əməkdaşlıq edir. “Meetup Networking Club”a qoşulmaq istəyən sahibkarlar təqdim olunan keçid linkindən istifadə edə bilərlər.
Keçid linki: https://chat.whatsapp.com/L62IkC8eP0f5mJ4aMszcrf.







Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu