Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam verib
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam verib.
Sərəncama əsasən,
Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb.
Tapşırılıb ki,
- Dövlət Proqramının hazırlanması ilə bağlı fəaliyyət istiqamətləri və tədbirlər planlarının layihələri, eləcə də tədbirlərin icrası ilə bağlı maliyyə ehtiyaclarına dair təkliflər 2025-ci il sentyabrın 1-dək təqdim edilsin;
- İşçi qrupun rəhbəri 2025-ci il oktyabrın 1-dək Dövlət Proqramının ilkin icmal layihəsinin hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilməsini təmin etsin.
- İqtisadiyyat Nazirliyi Dövlət Proqramının ilkin icmal layihəsini 2025-ci il noyabrın 1-dək İşçi qrupun rəhbərinə təqdim etsin.
- Dövlət orqanları alt işçi qruplarda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 gün müddətində alt işçi qrupların rəhbərlərinə təqdim etsinlər.
- Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri alt işçi qruplarda təmsil olunur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib