24 iyun 2025, 17:50

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam verib.

Sərəncama əsasən,

Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb.

Tapşırılıb ki,

  • Dövlət Proqramının hazırlanması ilə bağlı fəaliyyət istiqamətləri və tədbirlər planlarının layihələri, eləcə də tədbirlərin icrası ilə bağlı maliyyə ehtiyaclarına dair təkliflər 2025-ci il sentyabrın 1-dək təqdim edilsin;
  • İşçi qrupun rəhbəri 2025-ci il oktyabrın 1-dək Dövlət Proqramının ilkin icmal layihəsinin hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilməsini təmin etsin.
  • İqtisadiyyat Nazirliyi Dövlət Proqramının ilkin icmal layihəsini 2025-ci il noyabrın 1-dək İşçi qrupun rəhbərinə təqdim etsin.
  • Dövlət orqanları alt işçi qruplarda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 gün müddətində alt işçi qrupların rəhbərlərinə təqdim etsinlər.
  • Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri alt işçi qruplarda təmsil olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az