İİTKM “Tranzit icmalı”nı təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birgə Azərbaycan və ingilis dillərində “Tranzit icmalı”nı dərc edib.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının ideya müəllifliyi ilə hazırlanan icmalda tranzit yükdaşımalar üzrə statistik məlumatlar, Azərbaycanda və regionda reallaşdırılan layihələr, proqram və tədbirlər, yeni texnologiyaların tətbiqi ilə daşımaların daha çevik təşkili, yük cəlbediciliyinin artırılması yolları ətraflı təqdim olunur.
“Tranzit icmalı”nda Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars, Lapis Lazuli, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu, eləcə də Gürcüstanda və Qazaxıstanda tranzit daşımalarla bağlı həyata keçirilən layihələr təhlil edilir, xüsusilə Orta dəhlizin perspektivləri, dəhliz boyunca daşıma həcminin və intensivliyinin artırılması üçün imkanlar nəzərdən keçirilir.
İcmal Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının “Azərbaycan Respublikası ərazisindən keçən tranzit yüklər barədə” 2024-cü il üzrə hesabatı əsasında hazırlanıb. İcmalı İİTKM-in şöbə müdiri Aqil Əsədov tərtib edib, məsləhətçi kimi isə nəqliyyatçı-ekspert Rauf Ağamirzəyevin fikirlərinə yer verilib.
İlk buraxılışı nəşr edilən “Tranzit icmalı”nın gələcəkdə növbəti saylarının da hazırlanması nəzərdə tutulur. İcmal Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün FƏALİYYƏT PLANI”nda nəzərdə tutulan tədbirlərin nəticələrinin təbliği və icrasına dəstək məqsədilə tərtib edilib.
“Tranzit icmalı” ilə tanış olmaq üçün linklər:
AZE: https://ereforms.gov.az/files/review/pdf/az/fad9b9c94972043fdccca951bc97a310.pdf
ENG: https://ereforms.gov.az/files/review/pdf/en/04b48579e0226d6233692b1131266556.pdf






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır