“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Mərasimdə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, ABB-nin Marketinq departamentinin direktor müavini, kitabın redaktoru Yedgar Cəfərov çıxış edərək kitabda əhatə olunan mövzuların əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaiti bu sahənin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental bir əsərdir. Kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyaları, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, sosial media ilə iş, bu sahədə yaranan yeni təmayüllər, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqinə də kitabda geniş yer verilib. Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin piar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin müəllifləri Vüqar Zifəroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova, Natiq Pənahlıdır. Layihənin koordinatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbovadır.
“İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin rəyçiləri isə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimlidir.
Tədbirdə dövlət və özəl qurumların ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları, media nümayəndələri, piar mütəxəssisləri, BDU-nun pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Təqdimat mərasimindən sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kitabın elektron versiyası ilə tanış olmaq üçün: https://ereforms.gov.az/files/publications/pdf/az/06b5c462f1e4a799ec1680d723435271.pdf






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır