Asiya Beyin Mərkəzləri Forumu iştirakçılarına “Orta Dəhliz” kitabı təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Asiya Beyin Mərkəzləri Şəbəkəsinin ənənəvi illik forumunda yüksək səviyyədə təmsil edilib. Asiya qitəsinin nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə İİTKM Cənubi Qafqazın iqtisadiyönümlü beyin mərkəzlərinin yeganə təmsilçisi olub.
Asiya İnkişaf Bankı İnstitutunda (ADBI) keçirilən tədbirdə Yaponiya, İndoneziya, Sinqapur, Malayziya, Vyetnam, Pakistan, Çin, Hindistan, Banqladeş, Qırğızıstan və digər ölkələrdən olan nümayəndələr rəqəmsal və elektron ticarət vasitəsilə əlçatanlığın və inklüzivliyin təmin edilməsi istiqamətində təcrübələrini bölüşüblər. İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bu sahədə Azərbaycan təcrübəsini diqqətə çatdırıb. O, Mərkəzin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrlə bağlı da forum iştirakçılarının suallarını cavablandırıb.
Tədbirdə İİTKM-in OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə birgə ərsəyə gətirdiyi və Rumıniyada nəşr edilən “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı təqdim edilib. Kitab Mərkəzi Asiyadan olan tədqiqatçılar və qlobal beyin mərkəzlərinin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır