X Qlobal Bakı Forumu beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Bu platforma iqtisadi müstəvi kimi, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bildirib.
O qeyd edib ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı X Qlobal Bakı Forumunda COVID-19 pandemiyası nəticəsində iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi kimi mövzular gələcək iqtisadi çağırışların tərkibində yer tutmaqdadır.
Onun sözlərinə görə, habelə, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev tərəfindən vurğulanan enerji təhlükəsizliyi ilə əlaqədar siyasət tədbirləri beynəlxalq müstəvidə də aktuallıq daşıyır. Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə Azərbaycanın nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə Azərbaycanın məsuliyyətli siyasət çağırışları və sair beynəlxalq ictimaiyyətin diqqətinin Bakıya yönəlməsinə səbəb olub.
O bildirib ki, sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi “yaşıl iqtisadiyyat” siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətində ana xətlərdən birini təşkil edir: “Enerji ölkəsi kimi tanınan Azərbaycanın “ənənəvi enerji” resurslarından “yaşıl enerji”yə keçidi son bir il ərzində sürətli şəkildə həyata keçirilir. Xarici investisiya üçün cəlbedici hesab edilən yaşıl enerjiyə Azərbaycan hökuməti tərəfindən əlverişli mühit formalaşdırılıb. X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev tərəfindən Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə “yaşıl enerji” və onun ötürülməsinə dair Sazişi xatırlatması da təsadüfi deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın yaşıl enerjisinin növbəti illərdə xüsusi paya malik olması ilə əlaqədar proqnoz Prezident İlham Əliyevin yaşıl iqtisadiyyat ilə bağlı uzunmüddətli baxışlarının olmasını deməyə əsas verir. Habelə, Prezident İlham Əliyev tərəfindən nəqliyyat dəhlizləri ilə bağlı çıxışı X Qlobal Bakı Forumunun gündəliyində aktuallıq kəsb edib. Son illər Azərbaycanın Cənubi Qafqazda nəqliyyat qovşağına çevrilməsi regionun ticarət əlaqələrini daha da əlverişli fazaya gətirib çıxarmışdır. Nəqliyyat dəhlizlərindən əldə edilən gəlirlərin Azərbaycanın iqtisadi artımını dəstəkləməsini isə 2022-ci ilin statistik göstəriciləri vasitəsilə müşahidə edə bilirik”.
Nicat Hacızadə sonda bildirib: “X Qlobal Bakı Forumunun nəticələri və beynəlxalq müzakirə üçün yeni çağırışlar formalaşdıracağı şübhəsizdir. Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir edəcək”.










Çox oxunan xəbərlər
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
Dünya Bankı: Azərbaycanın güclü maliyyə dayaqları iqtisadi sabitliyi və yeni inkişaf mərhələsini…
Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına…
Tikinti layihələri üzrə vahid koordinasiya mexanizmi icra intizamını və investisiya mühitini…
İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş…
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya…
“İxrac icmalı”nın sentyabr sayı dərc olunub
Azərbaycan və Mərkəzi Asiya: iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Özbəkistanda beynəlxalq elmi konfransda…