“İqtisadi islahatlar” jurnalı Almaniyanın elmi kitabxana bazalarına daxil edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi islahatlar” elmi-analitik jurnalı beynəlxalq elmi informasiya məkanında əhatə dairəsini genişləndirir. Jurnalın biblioqrafik məlumatları Almaniyanın bir sıra nüfuzlu universitet və dövlət kitabxanalarının elektron kataloqlarına daxil edilib.
Hazırda jurnal haqqında məlumatlar Şimali Reyn-Vestfaliya rəqəmsal kitabxanası, Bonn Universitetinin dövlət kitabxanası, Düsseldorf Universitetinin dövlət kitabxanası, Münster Universitetinin dövlət kitabxanası, Duysburq-Essen Universitetinin kitabxanasında təqdim olunur.
Jurnalın Almaniyanın aparıcı universitet kitabxanalarının kataloq sistemlərində qeydiyyata alınması burada dərc olunan məqalələrin müxtəlif ölkələrdə fəaliyyət göstərən tədqiqatçılar üçün daha əlçatan olmasına və Azərbaycan müəlliflərinin elmi araşdırmalarının daha geniş akademik informasiya mühitində təqdim edilməsinə şərait yaradır.
“İqtisadi islahatlar” jurnalında iqtisadi siyasət və islahatlar, makroiqtisadi inkişaf, institusional dəyişikliklər, dayanıqlı inkişaf və digər aktual iqtisadi məsələlər üzrə elmi və analitik araşdırmalar dərc olunur. Jurnalın əsas məqsədlərindən biri Azərbaycan iqtisadiyyatında baş verən proseslərin və aparılan islahatların elmi təhlilinə töhfə vermək, eləcə də iqtisadi tədqiqatların akademik ictimaiyyətə çatdırılmasını təmin etməkdir.
Mənbə:
· Şimali Reyn-Vestfaliya Rəqəmsal Kitabxanası
· Bonn Universitet və Dövlət Kitabxanası
· Düsseldorf Universitet və Dövlət Kitabxanası






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır