“Yerli bizneslərin uğur hekayələri” kitabının hazırlanması çərçivəsində aidiyyəti tərəflərlə müzakirə aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə "Yerli bizneslərin uğur hekayələri" kitabının hazırlanması istiqamətində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və Founder Club təşkilatının nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi kitabın məzmununun formalaşdırılması prosesinə maraqlı tərəflərin cəlb edilməsi, onların təklif və tövsiyələrinin öyrənilməsi, həmçinin kitabın hazırlanmasında səmərəli və məqsədyönlü icranın təmin olunmasıdır.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov çıxış edərək, kitabın hazırlanması üzrə icra planını iştirakçıların diqqətinə çatdırıb.
Müzakirələr zamanı nümayəndələr kitabın strukturu, təqdimat formatı, uğur hekayələrinin seçilmə meyarları və hansı sahibkarlıq subyektlərinə üstünlük veriləcəyi kimi məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin, kitabın ictimaiyyət üçün əhəmiyyətini vurğulayaraq kitabın yerli biznes mühitinə töhfə verəcəyini və digər sahibkarlar üçün motivasiya mənbəyi olacağını bildiriblər.
Görüşdə iştirak edən bütün qurumlar qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsinin vacibliyini qeyd edərək kitabın uğurlu icrası üçün öz dəstəyini ifadə ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib