“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 2024-cü ilin birinci yarısı üzrə ilkin monitorinq nəticələrinə dair müzakirə keçirilib. İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, şöbə müdirinin müavini Səbinə Cumazadə, şöbənin baş məsləhətçisi Əbdülrəhim Dadaşov iştirak ediblər. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geoloji Kəşfiyyat Agentliyinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin, “AzərGold” QSC-nin məsul şəxsləri iclasa qatılıb.
Ayaz Müseyibov aparılan geoloji tədqiqat işlərinin və mineral xammal ehtiyatlarının səmərəli istifadəsinin əhəmiyyətini vurğulayaraq Dövlət Proqramının effektiv icrası ilə bağlı müvafiq addımların atıldığını, işin təşkilinin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq qarşıdakı dövr üzrə əsas prioritetləri qeyd edib.
Görüşdə monitorinq prosesinin tam və effektiv icrasının həyata keçirilməsi məqsədilə Dövlət Proqramının vəzifələrinin icrasına dair növbəti mərhələdə diqqət yetirilməli məqamlar müzakirə edilib. Eyni zamanda, 2024-cü il üçün Tədbirlər Planının icra komponentləri və qiymətləndirmə indikatorları barədə məlumatı əhatə edən təfsilatlı icra planına uyğun həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin Azərbaycan Respublikasında mineral xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsində əhəmiyyəti vurğulanıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib