“Yaşıl enerji məkanı” üzrə İşçi qrupu 2025-ci ilin birinci yarısı üzrə hesabatı müzakirə edib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq iqtisadiyyatın, o cümlədən energetika sahəsinin inkişafının təmin edilməsi, qarşıda duran hədəflərə nail olunması məqsədilə ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. “Yaşıl enerji məkanı” məqsədinin enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, yaşıl texnologiyalardan istifadə, iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından əhəmiyyəti qeyd olunub. Strategiyanın icrası ilə bağlı ilkin hesabat layihəsindən bəhs edilərək hesabat dövrü ərzində görülmüş işlər üzrə nəticələrin qənaətbəxş olduğu vurğulanıb və gündəlikdə duran məsələlərə diqqət çəkilib.
Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyada “Yaşıl enerji məkanı” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrasına dair 2025-ci ilin 1-ci yarımili üzrə hesabatı təqdim edib. Görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmə nəticələri nəzərdən keçirilib, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri, çağırış və tövsiyələr barədə məlumat verilib.
İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə İşçi qrupun üzvləri tərəfindən verilən sualları cavablandırıblar.
İşçi qrupun üzvlərinin ilkin monitorinq və qiymətləndirmə hesabatına dair rəy və təklifləri dinlənilib, icrası davam edən tədbirlərlə bağlı mövcud vəziyyət və atılacaq addımlar müzakirə edilib və qarşıdakı dövrdə tədbirlərin tam və effektiv icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib